Yuxarı
    Bağlamaq

    Məhəmməd Məmmədov: "Tabloya baxanda şoka düşdüm"

    Təəssüf ki, bürünc medal qazandım© Report.az

    Bakı. 18 may. REPORT.AZ/ "İslamiadanın Bakıda keçirilməsi sevindirici haldır. Təəssüf ki, bürünc medal qazandım. Qismət belə imiş. Çalışacağam ki, gələcəkdə belə səhv buraxmayım".

    "Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan taekvondoçusu Məhəmməd Məmmədov söyləyib.

    63 kq çəki dərəcəsində mübarizə aparan Məmmədov yarımfinalda qazaxıstanlı Əlimxan Serikbayevə uduzmasını bir anlıq diqqətsizliklə əlaqələndirib: "Son saniyələrdə mən də zərbə vurdum. Lakin tabloya baxanda şoka düşdüm. Rəqib bir xal önə keçərək, finala çıxdı. Bürünc medal əldə etdim. Bir aydan sonra dünya çempionatı var. Orada "qızıl" qazanmağa çalışacağam".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi