Yuxarı
    Bağlamaq

    Mariya Stadnik: "İslamiadanın Azərbaycanda keçirilməsi məsuliyyəti artırırdı"

    Yarışlarda müəyyən psixoloji təzyiq, gərginlik var idi© Report.az

    Bakı. 21 may. REPORT.AZ/ "Yarışlarda müəyyən psixoloji təzyiq, gərginlik var idi. Amma ümumilikdə İslam Oyunları mənim üçün rahat keçdi".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə qadınlar arasında 48 kq. çəki dərəcəsində qızıl medal mükafatçısı Mariya Stadnik deyib.

    İdmançı bildirib ki, oyunların Azərbaycanda keçirilməsi onun məsuliyyətini daha da artırıb:

    "Zarafat deyil, doğma divarlar arasında İslam oyunları kimi mötəbər tədbir keçirilir və təbii ki, məsuliyyət böyük idi. Azarkeşlər səni dəstəkləyir, onları üzmək doğru olmazdı. Finaldakı rəqibim Evin Dəmirxana ayın əvvəli Serbiyada keçirilən Avropa çempionatında da asan qalib gəlmişdim".

    Qalib deyib ki, qələbəsi həm də övladının yaşına düşdüyü üçün ikiqat sevinclidir:

    "Çox sevincliyəm. Ailəm yanımda olmasa da, onlar televiziya vasitəsi ilə çıxışımı izləyiblər. Sabah qızımın 4 yaşı tamam olur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi