Mahir Əmiraslanov: "Rəqiblərim çox çətin idmançılar idi"

Mahir Əmiraslanov: "Rəqiblərim çox çətin idmançılar idi" "Dünya çempinatönda iştirak etməyim məşqçilərin qərarından asılıdır"
Fərdi
19 May , 2017 19:13
Mahir Əmiraslanov: Rəqiblərim çox çətin idmançılar idi

Bakı. 19 may. REPORT.AZ/ "Bizə dəstək olanlara təşəkkür eidrəm. Şükürlər olsun ki, qalib gəldim. Şəxsi məşqçim Əskərxan Novruzovun qarşısında baş əyirəm". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində qızıl medal qazanan sərbəst güləşçi Mahir Əmiraslanov deyib.

Onun sözlərinə görə, xüsusən final görüşü çox çətin olub: "Yarış çox çətin keçdi. Rəqiblərim çox çətin idmançılar idi".

Əmiraslanov deyib ki, qarşıdakı dünya çempionatında iştirak etməsi məşqçilərin qərarından asılıdır.

Son xəbərlər

Orphus sistemi