Yuxarı
    Bağlamaq

    ​Kamran Şahsuvarlı: "Olimpiya çempionluğu üçün vuruşacağam"

    Hələ də inana bilmirəm. Elə bilirəm ki, yuxudayam

    Bakı. 15 avqust. REPORT.AZ/ Alimxanulı ilə Qazaxıstanda yaşadığım vaxt gənclər arasında dünya çempionatında qarşılaşmış və uduzmuşdum. Bu görüşdə həmin məğlubiyyətin əvəzini çıxdım, bütün Azərbaycan xalqını, valideynlərimi sevindirdim

    "Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında Azərbaycan boksçusu Kamran Şahsuvarlı 75 kq. çəki dərəcəsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını təmin etdiyi 1/4 final görüşündən sonra deyib.

    Gənc idmançı bildirib ki, qazaxıstanlı rəqibi Janıbek Alimxanulı ilə döyüşə çıxmamışdan öncə çox həyəcanlı olub:

    "Məni o qədər fikir götürmüşdü ki, onunla necə vuruşacağımı bilmirdim. Amma ilk raundda rəqibi əks-hücumlarda yaxaladım. 3 zərbə endirməli idim. Bunun öhdəsindən gəlməyə çalışdım. Alimxanulı ilə Qazaxıstanda yaşadığım vaxt gənclər arasında dünya çempionatında qarşılaşmış və uduzmuşdum. Bu görüşdə həmin məğlubiyyətin əvəzini çıxdım, bütün Azərbaycan xalqını, valideynlərimi sevindirdim".

    Yarımfinaladək irəliləməsindən məmnun olduğunu deyən Şahsuvarlı bildirib ki, olimpiya çempionluğu qazanmaq hər bir insanın arzusudur. Bu səbəbdən, gənc idmançı Rio-de-Janeyro rinqində sonadək vuruşacağını açıqlayıb:

    "Qazaxıstanlı boksçu ilə döyüşün qalibinin olimpiya çempionu olacağına dair fikirlərə münasibət bildirməyim çətin olar. Lakin özümə inam var".

    Sonda Şahsuvarlı təmsil etdiyi "Qəbələ" klubuna, orada çalışan 3 məşqçisinə minnətdarlığını bildirib.

    Qeyd edək ki, Kamran Şahsuvarlı yarımfinalda kubalı Arlen Lopeslə qarşılaşacaq. Avqustun 18-də keçiriləcək görüş saat 22:00-da başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi