Yuxarı
    Bağlamaq

    IV İslam Həmrəyliyi Oyunlarının yarış məkanlarına turlar təşkil olunacaq

    Turlar 5 günü əhatə edəcək

    Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 24-dən media nümayəndələri üçün “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının idman məkanlarına turlar təşkil olunacaq.

    Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən (AİHOƏK) “Report”a verilən məlumata görə, beş gün davam edəcək turlar zamanı çəkilişlər etmək mümkün olacaq və məkanların menecerləri sualları cavablandıracaqlar.

    Əvvəlcə 2 məkana - "Sərhədçi" Olimpiya İdman Mərkəzi və Bakı Olimpia Stadionuna turlar təşkil ediləcək. Ertəsi gün isə “Dalğa Arena", “AZAL Arena” və Ağır Atletika Akademiyasına səfər olacaq.

    Aprelin 26-da Milli Gimnastika Arenası, “Crystal Hall”, Bakı İdman Sarayına tur olacaq. Bir gün sonra Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Tenis Akademiyası, Heydər Əliyev adına İdman Arenası və Bakı Atıcılıq Mərkəzinə baxış keçiriləcək.

    “Bayıl Arena”, Su polosu arenası, Bakı Su İdmanı Mərkəzi, “Basketball Arena” isə aprelin 28-də ziyarət olunacaq.

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi