Yuxarı
    Bağlamaq

    IV İslam Həmrəyliyi Oyunları üçün satışa çıxarılacaq biletlərin qiyməti açıqlanıb

    Elçin Səfərov: Biletlərin satışına Novruz bayramından etibarən başlanılacaq

    Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq. 

    "Report"un məlumatına görə, bunu "Bakı 2017"nin korporativ direktoru Elçin Səfərov bildirib. 

    Onun sözlərinə görə, biletlərin satışına Novruz bayramından etibarən başlanılacaq: "Buraya "İslamiada-2017"nin açılış və bağlanış mərasimləri üçün biletlər də daxildir. Qiymətlər isə 2 manatdan başlayacaq. Ən bahalı biletin qiyməti 5 manat olacaq. Azərbaycanda baş vermiş devalvasiyaya  baxmayaraq, həm biletlərin qiymətləri artırılmayıb, həm də endirim nəzərdə tutulmayıb. Bu addımı "İslamiada-2017"ni daha çox azarkeşin izləməsi üçün atmışıq. İslamiadanın açılış mərasimi üçün isə biletin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün 10 manatdan başlanır.

    Bletləri onlayn şəkildə almaq da mümkündür. Bundan başqa, bilet satışını tərəfdaşlıq etdiyimiz supermarketlərdə də təşkil edəcəyik". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi