Yuxarı
    Bağlamaq

    İslamiadanın son yarış günündə medal qazanan Azərbaycan idmançıları mükafatlandırılıb

    Prezident İlham Əliyev bu gün bütün idmançıları qəbul edəcək və onları təbrik edəcək

    Bakı. 23 may. REPORT.AZ/ “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” çərçivəsində son görüş keçirilib.

    “Report” xəbər verir ki, tədbirdə ilk olaraq İslamiadanın bağlanış mərasiminə həsr olunmuş video-çarx nümayiş etdirilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Prezident İlham Əliyev bu gün bütün idmançıları qəbul edəcək və onları təbrik edəcək.

    Tədbirdə son yarış günündə medal qazanan 8 idmançı mükafatlandırılıb. Mükafatı idmançılara AzərbaycanAğır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.

    Qeyd edək ki, ötən gün uşu növü üzrə Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq), Vüqar Kərəmov (70 kq) gümüş,Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) bürünc medal əldə edib. Eyni zamanda stolüstü tennis üzrə qadınlardan ibarət komanda gümüş, kişilərdən ibarət komanda bürünc medala sahib olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi