Yuxarı
    Bağlamaq

    İslamiadanın səfiri gənc idmançılar və idmana həvəsi olan gənclər üçün master-klass keçib - VİDEO

    Məqsəd gənc idmançılara karyeralarında dəstək verməkdən ibarətdir© awf-az.org

    Bakı. 14 mart. REPORT.AZ/ Olimpiya Güləş Mərkəzində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və ikiqat dünya çempionu Hacı Əliyev “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsi olan gənclərə güləş üzrə master-klass təlimi verib. 

    Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, master-klass zamanı gənc idmançılarla idmanla maraqlanan yeniyetmələr və həvəskarlar səfirin praktik məsləhətlərindən yararlanıb. 

    Qeyd edək ki, master-klass “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir. Məqsəd yeniyetmə və gənc idmançıları həvəsləndirmək, onlara idman karyeralarında dəstək verməkdən ibarətdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi