Yuxarı
    Bağlamaq

    İslamiadada bir ölkə sanksiya üzündən iştirak etməyəcək

    Oyunlara maksimum 56 ölkə qatıla bilər

    Bakı. 23 fevral. REPORT.AZ/ Küveyt yığması "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcək. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

    Onun sözlərinə görə, səbəb Küveytin Beynəlxalq Olimpiya Komitəsi (İOC) tərəfindən üzləşdiyi sanksiyadır: "İOC Küveyt Olimpiya Komitəsini bütün beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırıb. Azərbaycan Milli Olimpiya Komitəsi, eləcə də idman qurumları idman tədbirlərini İOC-un tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil. Yəni, Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzərinə götürməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil. Küveyt istəsə belə, Oyunlara qatıla bilməz".

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. Hələlik İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkədən 54-ü Oyunlarda iştirakını təsdiqləyib. Küveytin kənarda qalması İslamiadada maksimum 56 ölkənin iştirak edə biləcəyi anlamına gəlir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi