Yuxarı
    Bağlamaq

    İslamiada: Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb

    Faiq Qarayev 14 voleybolçuya şans verəcək© Report.az

    Bakı. 9 may. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb. 

    Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Faiq Qarayev 14 voleybolçuya şans verəcək. Bunlar Polina Rəhimova, Valeriya Məmmədova, Kseniya Poznyak, Kristina Yaqubova, Yana Kulan, Olena Həsənova, Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova, Oksana Kiselyova və Ayşən Abduləzimovadır.

    Qeyd edək ki, İslamiadada Azərbaycan millisi mayın 11-də Qırğızıstan, mayın 13-də Tacikistan, mayın 14-də isə Türkiyə ilə üz-üzə gələcək. Yarımfinal görüşləri mayın 17-də, 3-cü yer uğrunda və final görüşləri isə mayın 18-də olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi