Yuxarı
    Bağlamaq

    İslamiada: Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığmalarının heyətləri açıqlanıb

    Güləş yarışları mayın 17-dən 21-dək keçiriləcək

    Bakı. 13 may. REPORT.AZ/ “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığmalarının heyətləri açıqlanıb.

    Azərbaycan Güləş Federasiyasından “Report”a verilən məlumata görə, sərbəst güləş yarışlarında milli komandanın 8 pəhləvanı mübarizə aparacaq. 

    Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.

    Yunan-Roma güləşi yarışlarında yığmanın baş məşqçisi Şaban Donat, böyük məşqçi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 8 idmançı - Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.

    Sərbəst və yunan-Roma güləşçiləri ilk 4 gündə döşək üzərinə çıxacaqlar.

    Qeyd edək ki, güləş yarışları mayın 17-dən 21-dək Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Oyunlarda Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları mübarizə aparacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi