Yuxarı
    Bağlamaq

    İslamiada: Rafael Ağayev və 2 qadın karateçi finala yüksəlib - ƏLAVƏ OLUNUB

    Azərbaycan nümayəndə heyətinin bayraqdarı 3 rəqibini məğlub edib

    Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan karateçisi Rafael Ağayev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. 

    "Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. 1/4 finalda o, Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenib - 7:2. Bu görüşdə təcrübəli idmançı baldırından zədələnsə də, görüşü sonadək davam etdirərək, qələbəyə nail olub. Yarımfinalda isə o, malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib. Həlledici görüşdə Azərbaycan karateçisi pakistanlı Sədi Qulam Abbasla üz-üzə gələcək.

    Digər karateçilərə gəldikdə, qadınların mübarizəsində İlahə Qasımova və Fəridə Abıyeva finala yüksəlib. Nuranə Əliyeva və kişilərdən Firdovsi Fərzəliyev yarımfinalda uduzduqları üçün bürünc medal görüşünə çıxacaqlar. Niyazi Əliyev isə 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.

    Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.

    Qadınlar

    50 kq

    1/4 final. Nuranə Əliyeva - Rozan Alda Ajeh (İordaniya) - 0:0

    1/2 final. Nuranə Əliyeva - Nasrin Dusti (İran) - 0:1

    Bürünc medal görüşü. Nuranə Əliyeva - Srunita Sukatendel (İndoneziya)

    55 kq

    1/8 final. İlahə Qasımova - Saja Abbasi (Fələstin) - 8:1

    1/4 final. İlahə Qasımova - Cok İstri Aqunq Sanistryani (İndoneziya) - 7:0

    1/2 final. İlahə Qasımova - Məcidə Əlbəşəyrə (İordaniya) - 3:0

    FİNAL. İlahə Qasımova - Yassmin Attia (Misir)

    61 kq

    1/8 final. Fəridə Abiyeva - Viktorin Koro (Çad) - 8:0

    1/4 final. Fəridə Abiyeva - Ahya Aureli Estelle Kuassi (Kot dİvuar) - 2:0

    1/2 final. Fəridə Abiyeva - Barno Mirzəyeva (Özbəkistan) - 3:2

    FİNAL. Fəridə Abiyeva - Rozita Alipurkeşkaal (İran)


    Kişilər

    60 kq

    1/8 final. Firdovsi Fərzəliyev - Muhammad Fidali Sanif (Bruney) - 6:0

    1/4 final. Firdovsi Fərzəliyev - Sentil Kumaran Silvaraju (Malayziya) - 0:0

    1/2 final. Firdovsi Fərzəliyev - Aykut Kaya (Türkiyə) - 0:1

    Bürünc medal görüşü. Firdovsi Fərzəliyev - Suryadi Suryadi (İndoneziya)

    66 kq

    1/8 final. Niyazi Əliyev - Nasir Ahmed (Pakistan) - 4:0

    1/4 final. Niyazi Əliyev - Əli Əlsavi (Misir) - 0:2

    75 kq

    1/8 final. Rafael Ağayev - Erman Eltemur (Türkiyə) - 3:0

    1/4 final. Rafael Ağayev - Sultan əl-Zəhrani (Səudiyyə Ərəbistanı) - 7:2

    1/2 final. Rafael Ağayev - Şarmendran Raqonatan (Malayziya) - 5:0

    FİNAL. Rafael Ağayev - Sədi Qulam Abbas (Pakistan)

    Qeyd edək ki, final görüşləri saat 18:00-da başlanacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi