Yuxarı
    Bağlamaq

    İslamiada: Əfqanıstan 70 idmançısını maddi problemlər üzündən Bakıya gətirə bilməyəcək

    Asiya ölkəsi Oyunlarda 17 idmançı ilə təmsil olunacaq

    Bakı. 11 may. REPORT.AZ/ Əfqanıstan Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 17 idmançı ilə təmsil olunacaq. “Report”un məlumatına görə, bu barədə ölkənin Milli Olimpiya Komitəsinin mətbuat katibi Ehsanulla Nero “Tolo News” nəşrinə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, ölkə idmançıları uşu (5 nəfər), cüdo (3), güləş (5), üzgüçülük (2) və para-atletika (2) növlərində mübarizə aparacaqlar. E.Nero bildirib ki, daha əvvəl İslamiadaya 110 nəfərlik heyətin yollanacağı nəzərdə tutulsa da, dövlət tərəfindən maddi dəstək olmadığı üçün 70 idmançının yarışlarda iştirakı mümkün olmayacaq: “İslamiadada ümumilikdə 30 nəfərlik idmançı və məşqçi heyəti iştirak edəcək. Biz 110 nəfərlik heyətlə getməyə hazır idik. Lakin dövlət tərəfindən maddi dəstək olmadığı üçün 70 idmançı aparılmayacaq”.

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 – 22 mayda keçiriləcək. Lakin mayın 8-dən futbol və həndbol, bu gündən voleybol yarışlarına start verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi