Yuxarı
    Bağlamaq

    İslamiada: Daha 3 yeni növdə mübarizə başlayacaq

    Məhəmmədrəsul Məcidov qazaxıstanlı boksçu ilə qarşılaşacaq

    Bakı. 12 may. REPORT.AZ/ Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının beşinci yarış günündə 6 idman növü üzrə mübarizə gedəcək.

    "Report"un məlumatına görə, futbol, həndbol və voleyboldan sonra boks, bədii gimnastika və tennis növlərində də yarışlara start veriləcək. Azərbaycanın futbol və voleybol yığmaları bu gün heç bir görüş keçirməyəcəklər. Həndbolçu kişilərdən ibarət yığma 5-ci yer uğrunda görüşdə Mərakeşlə üz-üzə gələcək. Boksçuların mübarizəsində ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov 91 kq-dan yuxarı çəki dərəcəsində təsnifat mərhələsində qazaxıstanlı Nurlan Saparbayla qarşılaşacaq. Bu döyüşün qalibi 1/4 finalda Uosri Hafezlə (Misir) qarşılaşacaq. Bədii gimnastlar halqa və topla təsnifat mərhələsinin çıxışlarını edəcəklər. Nəhayət, tennisçi qadınlardan ibarət Azərbaycan komandası Özbəkistanla üz-üzə gələcək.

    Həmçinin bu gün Oyunların açılış mərasimi baş tutacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir saat 21:00-da start götürəcək.

    12 may (cümə)

    21:00 Açılış mərasimi

    Bakı Olimpiya Stadionu

    Həndbol

    Kişilər

    09:00. 7-ci yer uğrunda: Pakistan - İordaniya

    11:15. 5-ci yer uğrunda: Azərbaycan - Mərakeş

    "Sərhədçi" İdman Olimpiya Mərkəzi

    Voleybol

    Qrup mərhələsi

    Kişilər

    10:00. Qətər - Əlcəzair

    12:30. İran - Səudiyyə Ərəbistanı

    Bakı Kristal Zalı 1

    Bədii gimnasika

    12:00. Təsnifat mərhələsi (halqa və topla)

    Milli Gimnastika Arenası

    Tennis (10:00-dan etibarən)

    Qadınlar. Azərbaycan - Özbəkistan

    Kişilər. İordaniya - Qətər

    Kişilər. Səudiyyə Ərəbistanı - Türkiyə

    Kişilər. Türkmənistan - Özbəkistan

    Qadınlar. Pakistan - Türkmənistan

    Kişilər. Azərbaycan - Pakistan

    Bakı Tennis Akademiyası


    Boks (12:00-dan etibarən)

    Təsnifat mərhələsi (60 kq, 64 kq, +91 kq)

    +91 kq. Məhəmmədrəsul Məcidov – Nurlan Saparbay (Qazaxıstan)

    Bakı Kristal Zalı 2

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi