Yuxarı
    Bağlamaq

    İslamiada: Azərbaycanın qadın həndbolçulardan ibarət yığması növbəti qələbəsini qazanıb

    Turun digər oyununda Türkiyə Kamerunu çətinliklə yenib

    Bakı. 10 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət yığma komandası 2-ci turun oyununu keçirib. "Report"un məlumatına görə, rəqib Özbəkistan millisi olub.

    Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 47:21. İlk dəqiqələrdən aşkar üstünlüyə yiyələnən Azərbaycan millisi fasiləyə öndə çıxıb - 23:9. Fasilədən sonra isə fərq daha da artıb.

    Turun digər oyununda Türkiyə Kamerunu çətinliklə yenib - 33:31 (19:16).

    İlk turda isə Azərbaycan Kamerunu 28:26, Türkiyə Özbəkistanı 31:21 hesabı ilə məğlub edib.

    Qrupda son turun oyunları mayın 11-də keçiriləcək: Azərbaycan - Türkiyə, Özbəkistan - Kamerun.

    Qeyd edək ki, ilk 2 turdan sonra Azərbaycan və Türkiyənin hərəyə 4 xalı var. Özbəkistanla Kamerunun isə xalı yoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi