Yuxarı
    Bağlamaq

    İslamiada: Azərbaycanın kişi stolüstü tennis komandası bürünc medal qazanıb

    3-cü yer uğrunda görüşdə Səudiyyə Ərəbistanı məğlub edilib

    Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın stolüstü tennis üzrə kişilərdən ibarət komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. 

    "Report"un məlumatına görə, tərkibi Xinyu Yanq, Xinhanq Yu və Miao Vanqdan ibarət heyət 3-cü yer uğrunda görüşdə Səudiyyə Ərəbistanına qalib gəlib - 3:1. Komanda üzvlərindən Yanq Əli əl-Xadravini, Yu Abdulaziz Alabbadı 3:1 hesabı ilə yendikdən sonra Vanq - Yu dueti Abdulaziz Bu Şulaybiyə uduzub - 2:3. Bu səbəbdən, görüşün taleyni daha bir fərdi görüş həll edib. Yanq Şulaybi Bunu 3:0 hesabı ilə məğlub edərək, yekun nəticəni müəyyənləşdirib.

    Qeyd edək ki, Azərbaycanın qadın tennisçilərdən ibarət komandası finala yüksəlib. Mayın 22-də keçiriləcək həlledici görüşdə rəqib İran olacaq.    

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi