Yuxarı
    Bağlamaq

    İslamiada: Azərbaycanın kişi həndbolçulardan ibarət yığması Pakistanı məğlub edib

    Görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib

    Bakı. 9 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayan kişi həndbolçulardan ibarət Azərbaycan yığması ilk görüşündən qalib ayrılıb. "Report"un məlumatına görə, Hikmət Abdullayevin baş məşqçi olduğu komanda Pakistan millisini məğlub edib - 43:36.

    "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. İlk yarıda 20:15 hesabı ilə öndə olan Azərbaycan millisi fasilədən sonra üstünlüyünü daha da artırıb və 7 topa çatdırıb.

    Qeyd edək ki, A qrupunun digər oyununda Səudiyyə Ərəbistanı Əlcəzairə qalib gəlib - 26:13 (13:6). B qrupunun ilk görüşündə isə Mərakeş Türkiyəyə uduzub - 24:27 (8:12). Qrupun digər oyunu saat 20:15-də İraqla İordaniya yığmaları arasında keçiriləcək.  Azərbaycan millisi mayın 10-da Səudiyyə Ərəbistanı ilə, mayın 11-də Əlcəzairlə qarşılaşacaq. Yarımfinal görüşləri mayın 13-də, 3-cü yer uğrunda və final matçları mayın 14-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi