Yuxarı
    Bağlamaq

    İslamiada: Azərbaycanın daha 4 cüdoçusu finala yüksəlib

    100 kq çəki dərəcəsində Elxan Məmmədovla Elmar Qasımov finalda qarşılaşacaq

    Bakı. 14 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha 4 cüdoçusu finala yüksəlib. "Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində həlledici görüşdə ölkənin 2 təmsilçisi - Elxan Məmmədovla Elmar Qasımov üz-üzə gələcək.

    Bu isə daha bir qızıl medal və ən azı 3 gümüş medal deməkdir.

    90 kq

    1/4 final. Məmmədəli Mehdiyev - Mixail Marçitan (BƏƏ) - cərimə xalı ilə qələbə

    1/2 final. Məmmədəli Mehdiyev - Batuhan Efemgil (Türkiyə) - 2 dəqiqə 28 saniyəyə ippon

    FİNAL. Məmmədəli Mehdiyev - Abderrahman Benamadi (Əlcəzair)

    100 kq

    1/4 final. Elmar Qasımov - Ali Erdoğan (Türkiyə) - 1 dəqiqə 41 saniyəyə ippon

    1/2 final. Elmar Qasımov - Layeş Buyakub (Əlcəzair) - 2 dəqiqə 57 saniyəyə ippon

    1/4 final. Elxan Məmmədov - Sultan Mania (Səudiyyə Ərəbistanı) - rəqibi görüşdən imtina edib

    1/2 final. Elxan Məmmədov - Viktor Demyanenko (Qazaxıstan) - 2 dəqiqə 38 saniyəyə ippon

    FİNAL. Elmar Qasımov - Elxan Məmmədov


    Qadınlar

    +78 kq

    1/4 final. İrina Kindzerska - Essohanam Noeline Koro (Toqo) - 65 saniyəyə ippon

    1/2 final. İrina Kindzerska - Sonya Asselah (Əlcəzair) - 11 saniyəyə ippon

    FİNAL. İrina Kindzerska - Kayra Sayit (Türkiyə)

    Qeyd edək ki, İslamiadada cüdoçuların mübarizəsində ilk yarış günündə Azərbaycan millisi 4 qızıl, 5 gümüş medal qazanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi