Yuxarı
    Bağlamaq

    Azərbaycan taekvondoçuları İslamiadanı 9 medalla başa vurublar - YENİLƏNİB-3

    Son medalları Məhəmməd Məmmədov və Ramin Əzizov əldə edib

    Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan taekvondoçuları "Bakı 2015" I Avropa Oyunlarını 9 medalla başa vurublar. "Report"un məlumatına görə, sonuncu yarış günündə daha 2 medal əldə olunub. 

    Bürünc medal əldə edən Məhəmməd Məmmədovun (63 kq) ardından Ramin Əzizov (87 kq) qızıl medala yiyələnib. Əzizov finalda iranlı Əhməd Məhəmmədini yenib - 16:14. Beləliklə, Azərbaycan taekvondoçuları günü 1 qızıl, 1 bürünc medalla başa vurublar. 

    Əvvəlki yarış günlərində kişilərdən Ayxan Tağızadə (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və olimpiya çempionu Radik İsayev (+87 kq) qızıl, Qaşım Maqomedov (54 kq) gümüş, qadınlardan isə Patimat Abakarova (49 kq) və Yaprak Eriş (57 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş medal əldə edib. 

    *** 19:45

    Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən taekvondoçu Ramin Əzizov finala çıxıb.

    "Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Sərdar Yüksələ 11:5 hesabı ilə qalib gəlib.

    Qeyd edək ki, Ramin Əzizov həlledici görüşdə iranlı Əhməd Məhəmmədi ilə üz-üzə gələcək.

    *** 18:36

    Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən taekvondoçu Məhəmməd Məmmədov bürünc medal qazanıb.

    "Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda qazaxıstanlı Alimxan Serikbayevə uduzub - 7:8.

    *** 12:51

    Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında taekvondo üzrə son yarış gününün görüşlərinə start verilib. "Report"un məlumatına görə, Azərbaycanı 5 çəki dərəcəsindən 4-də təmsil edən taekvondoçular da döyüşlərə çıxıb.

    Yeniyetmələr arasında olimpiya çempionu Səid Quliyev (74 kq) və yeganə qadın dayanq ustası Darya Şkurko ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Əvəzində Məhəmməd Məmmədov (63 kq) və Ramin Əzizov (87 kq) yarımfinala yüksəliblər.

    Taekvondo

    Kişilər

    63 kq

    1/2 final. Məhəmməd Məmmədov - Alimjan Serikbayev (Qazaxıstan)

    1/4 final. Məhəmməd Məmmədov - Omar Hajjami (İndoneziya) - 26:10

    1/8 final. Məhəmməd Məmmədov - İbrahim Zarman (İndoneziya) - 9:2

    74 kq

    1/4 final. Səid Quliyev - Toş van Diyk (Surinam) - 19:17

    87 kq

    1/2 final. Ramin Əzizov - Serdar Yüksel (Türkiyə)

    1/4 final. Ramin Əzizov - Anas Sadek (İordaniya) - 27:8

    Qadınlar

    62 kq 

    1/4 final. Darya Şkurko - Sukayna əl-Auni (Mərakeş) - 8:10

    Bakı İdman Zalı

    Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən taekvondo yarışlarında yarımfinal və final mərhələsi saat 18:00-da başlanacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi