Yuxarı
    Bağlamaq

    İslamiada: Futbol üzrə Azərbaycan yığmasının Səudiyyə Ərəbistanı ilə oyun üçün heyəti açıqlanıb

    Əsas heyətdə bir dəyişiklik edilib

    Bakı. 11 may. REPORT.AZ/ Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gələcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə Kamerunla qolsuz heç-heçə etdikləri ötən oyunla müqayisədə bir dəyişiklik edib.

    O, Mirabdulla Abbasovu Elşən Abdullayevlə əvəzləyib.

    Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (kap.), 19. Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev

    Ehtiyat oyunçular: 22. Emil Balayev, 12. Tərlan Əhmədli, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 7. Coşqun Diniyev, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 16. Elvin Camalov, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli

    Baş məşqçi: Yaşar Vahabzadə

    Qeyd edək ki, "Bayıl Arena"da keçiriləcək görüş saat 18:30-da başlayacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi