Yuxarı
    Bağlamaq

    İslamiada: Azərbaycanın bütün qadın güləşçiləri medal qazanıb - YENİLƏNİB-8

    Medallardan 4-ü qızıldır

    Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Səbirə Əliyeva gümüş medal qazanıb. "Report"un məlumatına görə, 75 kq çəkidəki Əliyeva son görüşündə türkiyəli Yasemin Adara uduzub. 

    Beləliklə, Azərbaycanın qadın güləşçiləri bütün 8 çəki dərəcəsində medalla başa vurublar. Qızıl medallara Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq), gümüş medallara Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq) və Səbirə Əliyeva (75 kq), bürünc medala isə Elmira Qəmbərova (63 kq) layiq görülüb. 

    *** 20:25

    Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Tatyana Omelçenko qızıl medal qazanıb. 

    "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsindəki Omelçenko növbəti görüşündə türkiyəli Qamze Nur Adakanı 58 dəqiqəyə tuşe ilə məğlub edib. 

    *** 20:10

    Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Alyona Kolesnik gümüş medal qazanıb.

    "Report"un məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan Kolesnik son görüşündə qazaxıstanlı Aysulu Tinibekovaya uduzub.  

    *** 19:42

    Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Nataliya Sinişin medal qazanıb. 

    "Report"un məlumatına görə, 55 kq çəki dərəcəsindəki Sinişin 3-cü yer uğrunda görüşdə türkiyəli Bediha günə qalib gəlib. O, gümüş medala yiyələnib. 

    *** 18:58

    Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik qızıl medal qazanıb. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsindəki titullu pəhləvan finalda türkiyəli Evin Demirhanı vaxtından əvvəl tam üstünlüklə yenib. 

    *** 18:42 

    Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Elis Manolova qızıl medal qazanıb. "Report"un məlumatına görə, 69 kq çəki dərəcəsindəki Manolova finalda qazaxıstanlı Jamila Bakbergenovanı vaxtından əvvəl tam üstünlüklə yenib.  

    *** 18:14

    Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Elmira Qəmbərova bürünc medal qazanıb. 

    "Report"un məlumatına görə, 63 kq çəki dərəcəsindəki Qəmbərova 3-cü yer uğrunda görüşdə kamerunlu Berthe Emilyen Etane Nqolleni tam üstünlüklə yenib. 

    *** 12:54

    "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın güləşçilərin mübarizəsinə start verilib.

    "Report"un məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda bu gün 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşir. 53 kq-da mübarizə aparan Leyla Qurbanova hər iki görüşü qələbə ilə başa vurub və İslamiadanın qızıl medalını qazanıb. Elis Manolova (69 kq) finala yüksəlibsə, Elmira Qəmbərova (63 kq) bürünc medal uğrunda güləşəcək.

    48 kq

    1-ci dövrə / Xeyra Şayma Yahyaui (Əlcəzair) - Mariya Stadnik - 0:10

    2-ci dövrə / Mariya Stadnik - Evin Demirhan (Türkiyə)

    53 kq

    1-ci dövrə / Leyla Qurbanova - Burcu Kebic (Türkiyə) - 4:0 (tuşe)

    2-ci dövrə / Aygül Nuralim (Qazaxıstan) - Leyla Qurbanova - 0:8

    55 kq

    1-ci dövrə / Emma Tissina (Qazaxıstan) - Nataliya Sinişin 0:5 (tuşe)

    2-ci dövrə / Odunayo Folasade Adekuoroye (Nigeriya) - Nataliya Sinişin - 6:2

    3-cü dövrə / Bediha Gün (Türkiyə) - Nataliya Sinişin

    58 kq

    1-ci dövrə / Derya Bayhan (Türkiyə) - Alyona Kolesnik - 6:14

    2-ci dövrə / Alyona Kolesnik - Aysulu Tinibekova (Qazaxıstan)

    60 kq

    1-ci dövrə / Jozef Emilyen Essombe Tiako (Kamerun) - Tatyana Omelçenko - 0:6 (tuşe)

    2-ci dövrə / Tatyana Omelçenko - Qamze Nur Adakan (Türkiyə)

    63 kq

    Bürünc medal görüşü - Berthe Emilyen Etane Nqolle (Kamerun) - Elmira Qəmbərova

    1/2 final. Elmira Qəmbərova - Blessinq Oborududu (Nigeriya) - 0:4

    69 kq

    FİNAL. Jamila Bakbergenova (Qazaxıstan) - Elis Manolova

    1/2 final. Elis Manolova - Buse Tosun (Türkiyə) - 5:0 (tuşe)

    1/4 final. Elis Manolova - Blandin Metala Epanqa (Kamerun) - 6:0 (tuşe)

    75 kq

    1-ci dövrə / İrina Kazyulina (Qazaxıstan) - Səbirə Əliyeva - 6:8 (tuşe)

    2-ci dövrə / Səbirə Əliyeva - Samar Hamza (Misir) - 0:5

    3-cü dövrə / Ayperi Medet Kizi (Qırğızıstan) - Səbirə Əliyeva - 4:8 (tuşe)

    4-cü dövrə / Səbirə Əliyeva - Yasemin Adar (Türkiyə)

    Final görüşləri saat 18:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi