Yuxarı
    Bağlamaq

    İslamiada: Azərbaycan medal əyarında liderliyini qoruyub - İCMAL - CƏDVƏL

    Ölkə idmançıları günü 10 medalla başa vurublar

    Bakı. 20 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları günü 10 medalla başa vurublar. "Report"un məlumatına görə, medallardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü bürünc əyarlı olub.

    Qızıl medallara sərbəst güləşçi Hacı Əliyevlə (61 kq) Cəmaləddin Məhəmmədov (125 kq), eləcə də para-atletikanın T11 kateqoriyası üzrə uzununa tullanma yarışında Elçin Muradov yiyələnib.

    Gümüş medalları sərbəst güləşçi Murtuzəli Müslümov (70 kq), zorxana komandası, 10 metrlik platformadan suya tullanma yarışında Artyom Danilov, para-atletikanın uzununa tullanma yarışında Kamil Əliyev əldə edib.

    Bürünc medallara sərbəst güləşçi Şərif Şərifov (86 kq), para-atletikanın uzununa tullanma yarışında T11 kayeqoriyasında Zeyniddin Bilalov, T12 kateqoriyasında isə Oleq Panyutin sahib olub.

    Bununla da Azərbaycanın aktivindəki medalların sayı 134-ə yüksəlib. Medallardan 66-sı qızıl, 39-u gümüş, 29-u bürünc əyarlıdır. Türkiyə isə 65 qızıl, 58 gümüş, 49 bürünc olmaqla, ümumilikdə 172 medal əldə edib. Beləliklə, Azərbaycan medal əyarında liderliyini qoruyub. 

    1Azərbaycan663929134
    2Türkiyə655849172
    3İran24253382
    4Özbəkistan15153060
    5Bəhreyn125421
    6Əlcəzair7121837
    7Mərakeş751426
    8İndoneziya6292055
    9Misir64717
    10Səudiyyə Ərəbistanı41611
    11Qırğızıstan34714
    12İordaniya311115
    13Qazaxıstan241016
    14Türkmənistan24612
    15İraq24410
    16Suriya Ərəb Respublikası22610
    16Qətər22610
    18Tunis12811
    19Kamerun1258
    20Seneqal1113
    21Banqladeş1102
    21Qambiya1102
    23Qvineya-Bisau1012
    23Mozambik1012
    23Benin1012
    26Pakistan0358
    27Nigeriya0314
    28Oman0246
    29Birləşmiş Ərəb Əmirliyi0134
    30Surinam0123
    30Qayana0123
    32Cibuti0112
    33Uqanda0101
    34Fil Dişi Sahili0044
    35Əfqanıstan0011
    35Livan0011
    35Malayziya0011
    38Albaniya0000
    38Bruney Darüssəlam0000
    38Burkina-Faso0000
    38Çad0000
    38Yəmən0000
    38Qabon0000
    38Qvineya0000
    38Maldiv adaları0000
    38Mali0000
    38Mavritaniya0000
    38Niger0000
    38Fələstin0000
    38Syerra-Leone0000
    38Somali0000
    38Tacikistan0000
    38Toqo0000
    38Qəmər adaları0000
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi