Yuxarı
    Bağlamaq

    İslamiada: Azərbaycanın 6 boksçusu finala yüksəlib - YENİLƏNİB-3

    Yarımfinalda 7 boksçudan yalnız Tayfur Əliyev uduzub

    Bakı. 17 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarımfinal mərhələsinə start verilib. 

    "Report"un məlumatına görə, Azərbaycanın 7 təmsilçisindən ilk olaraq Tayfur Əliyev rinqə çıxıb. 

    56 kq çəki dərəcəsində yarışan Əliyev özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşıb. Görüşün sonunda hakimlərin yekdil qərarı ilə Şaraxmatov qalib elan olunub. Azərbaycan boksçusu İslamiadanı bürünc medalla başa vurub.  

    75 kq çəkidə yer alan Kamran Şahsuvarlı isə finala yüksəlib. O, mərakeşli Yunnes Qarrumi ilə görüşdə hakimlərin yekdil qərarı ilə qalib elan olunub. Şahsuvarlı finalda qazaxıstanlı Tursınbay Kulahmetlə qarşılaşacaq. 

    91 kq çəkidəki Teymur Məmmədov suriyalı Ala Eldin Qussinlə üz-üzə gəlib. Rəqibindən aşkar üstün təsir bağışlayan Məmmədov ilk raundda onu noqdauna salıb. Yekunda hakimlər azərbaycanlı boksçunu qalib elan ediblər. Məmmədovun finaldakı rəqibi türkiyəli Burak Akşin olacaq.

    69 kq çəkidə yer alan Tamerlan Abdullayev yarımfinalda İlya Oçkindən üstün olub. O, finalda özbəkistanlı Bobo-Usmon Baturovla qarşılaşacaq. 

    60 kq çəkidəki Cavid Çələbiyev də qazaxıstanlı rəqibinə qalib gəlib. O, Sultan Zaurbeki yenib. Çələbiyev finalda iraqlı Ammar Karbalai ilə qarşılaşacaq. 

    81 kq çəkidə çıxış edən Rauf Rəhimov isə yarımfinalda döyüş keçirmədən həlledici mərhələyə yüksəlib. Buna misirli rəqibi Abdelerahman Abdelqavvadın döyüşdən imtinası səbəb olub. Rəhimovun finaldakı rəqibi türkmənistanlı Arslanbek Açilov olacaq. 

    Nəhayət, 91 kq-dan yuxarı çəkidə Məhəmmədrəsul Məcidov yarımfinalda iordaniyalı Husseyn Yaşayışla döyüşdən qalib ayrılıb. O, finalda suriyalı Manaf Asadla qarşılaşacaq. 

    Beləliklə, yarımfinal görüşlərinin yekunlarına əsasən, Azərbaycanın 6 boksçusu finala yüksəlib. Daha bir boksçu Tayfur Əliyev isə bürünc medalla kifayətlənib. 

    Qeyd edək ki, final görüşləri mayın 18-də saat 16:00-da başlanacaq.

    Boks

    56 kq. Tayfur Əliyev - Abdulxay Şaraxmatov (Özbəkistan) - 0:5

    60 kq. Cavid Çələbiyev - Sultan Zaurbek (Qazaxıstan) - 4:1

    69 kq. Tamerlan Abdullayev - İlya Oçkin (Qazaxıstan) - 4:0

    75 kq. Kamran Şahsuvarlı - Yunnes Qarrumi (Mərakeş) - 5:0

    81 kq. Rauf Rəhimov - Abdelrahman Abdelqavvad (Misir) - rəqibi döyüşə çıxmadığı üçün qalib elan olunub.

    91 kq. Teymur Məmmədov - Ala Eldin Qussun (Suriya) - 4:1

    +91 kq. Məhəmmədrəsul Məcidov - Husseyn Yaşayş (İordaniya)

    Bakı Kristal Zalı-2

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi