Yuxarı
    Bağlamaq

    İslamiada: Azərbaycan atletləri bir növdə 2 medal qazanıblar

    Nazim Babayev qızıl, Aleksis Kopello gümüş medala sahib olub

    Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən atletlər bir növdə iki medal qazanıblar. "Report"un məlumatına görə, bunlar 3 təkanla uzununa tullanan Nazim Babayevlə Aleksis Kopellodur. 

    Babayev 17,15 metr nəticə ilə qızıl, Kopello 16,90 metr göstərici ilə gümüş medala sahib olub. Bürünc medala isə surinamlı Migel van Assen yiyələnib. O, 16,64 metr uzununa tullanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi