Yuxarı
    Bağlamaq

    "İslamiada-2017"də könüllü olmaq istəyən 12 500 namizəd qeydiyyatdan keçib

    Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 100 gün qalır

    Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 100 gün qalır. 

    "Report"un məlumatına görə, bununla əlaqədar Bakı Kristal Zalında 300 könüllü bir araya gəlib. 

    Onlar "Oyunlara 100 gün qaldı" adlı fləşmob keçiriblər. 

    "Bakı 2017"nin korporativ direktoru Elçin Səfərov Oyunlar zamanı 10 gün ərzində 20 növdən 24 sahə üzrə İƏT-ə üzv olan ölkələrin elit idmançılarının qatılacağını bildirib. 

    O, aparıcı universitet və təşkilatlardan 12 500 namizədin Oyunlara dəstək məqsədilə qeydiyyatdan keçdiyini deyib: "Qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır. 12 500 namizəddən 8 000-ni seçməliyik. Əvvəllər yarışların keçirilmədiyi idman qurğularında texniki quraşdırma işlərini bitirməliyik".

    Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları bu il mayın 12-22-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi