Yuxarı
    Bağlamaq

    İran MOK: Azərbaycan IV İslam Oyunlarını çox yüksək səviyyədə keçirmək üçün bütün imkanlara malikdir - EKSKLÜZİV

    Oyunlarda İran nümayəndə heyətinin tərkibi 270 nəfərdən, o cümlədən 145 idmançıdan ibarət olacaq

    Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İran nümayəndə heyətinin tərkibinə 270 nəfər, o cümlədən 145 idmançı daxil olacaq.

    Bu barədə "Report"a İran Milli Olimpiya Komitəsindən məlumat veriblər.

    İran MOK-dan bildiriblər ki, onlar uşu, karate, güləş, ağır atletika, taekvondo kimi idman növlərində daha çox medal gözləyirlər.

    "Azərbaycan Oyunları çox yüksək səviyyədə keçirmək üçün bütün potensial imkanlara malikdir və KİV dünyanın müxtəlif ölkələrindən olan idmançıların bir-biriylə görüşə və ədalətli oyun çərçivəsində İslam dininin həmrəylik, dostluq və birlik kimi əsas təlimlərini canlandıra biləcəyi yarışları işıqlandıra bilər", - MOK-dan qeyd ediblər.

    İran MOK Azərbaycanın beynəlxalq standartlara uyğun olaraq yüksək səviyyədə tikilmiş yeni idman infrastrukturları ilə sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb.

    Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi