Yuxarı
    Bağlamaq

    İndoneziyalı futbolçu: “Bakıda keçiriləcək İslamiadadan kənarda qalmaqdan məyus olduq”

    “Bakı 2017”dən kənarda qalmaq bizim üçün gözlənilməz oldu”

    Bakı. 8 aprel. REPORT.AZ/ “Bakıda keçiriləcək İslamiadadan kənarda qalmaq bizim üçün gözlənilməz oldu”.

    “Report” goal.com saytına istinadən xəbər verir ki, bunu 23 yaşadək futboçulardan ibarət İndoneziya milli komandasının üzvü Evan Dimas yığmanın Bakıda keçiriləcək IV İslam Həmrəyli Oyunlarından kənarda qalmasına münasibət bildirərkən deyib.

    22 yaşlı müdafiəçi vurğulayıb ki, İndoneziya milli komandasının İslamiadada iştirak etməyəcəyi ilə bağlı xəbər futbolçuları məyus edib. O, bu məsələni udunub, irəliyə baxmalı olduqlarını söyləyib: “Qeyri-adi bir durumdur. İslamiadaya getməyəcəyimiz üçün məyusuq. Yarışa hazırlıqla bağlı İspaniya toplanışı da təxirə salındı. Lakin bu məsələni unudub, irəliyə baxmaq lazımdır”.

    Qeyd edək ki, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov İndoneziya futbol yığmasının IV İslam Həmrəyliyi Oyunlarından kənarda qalmasını onlardan vaxtında cavab gəlməməsi ilə bağlı olduğunu bildirib. 

    Xatırladaq ki, İslamiadada futbol üzrə 8 ölkənin milli komandası mübarizə aparacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi