Yuxarı
    Bağlamaq

    ​İkiqat olimpiya çempionu karyerasını başa vurub

    Dominikanlı atlet Rio-2016da şərhçi işləyəcək

    Bakı. 27 aprel. REPORT.AZ/ 400 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya çempionu Feliks Sançes peşəkar idmançı karyerasını başa vurub. "Report"un məlumatına görə, 39 yaşlı atlet bundan sonra diqqətini ailəsinə daha çox sərf edəcəyini bildirib.

    Dominikan Respublikasını təmsil edən F.Sançes, eyni zamanda, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında şərhçi işləyəcək.

    Qeyd edək ki, F.Sançes Afina-2004 və London-2012 olimpiadalarında qızıl medal qazanıb. O, 2001 və 2003-cü il dünya çempionatlarının da qalibi olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi