Yuxarı
    Bağlamaq

    Firdovsi Umudov: "İslamiadada qarşımıza qoyduğumuz məqsədə nail olduq"

    Baş məşqçi: Elə idmançılar var ki, finala qədər özlərini doğrultdular© Report.az

    Bakı. 20 may. REPORT.AZ/ "İslam Həmrəyliyi Oyunlarında qarşımıza qoyduğumuz məqsədə artıqlaması ilə nail olduq".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov deyib.

    F.Umudov bəzi idmançıların yarışı düzgün qura bilmədiyini də etiraf edib: "Gördüyünüz kimi, komandada gənclərə də üstünlük verilmişdi. Elə idmançılar var ki, finala qədər özlərini doğrultdular, amma finalda bəzi çatışmazlıqlar da oldu. 70 kq-da mübarizə aparan Murtuz Müslümovun görüşünü belə gözləmirdik. O, görüşü biz istədiyimiz kimi qura bilmədi.

    Həmçinin Cəbrayıl Həsənov da ilk görüşdə iranlı güləşçiyə məğlub oldu. Düşünürəm ki, ikinci yaxud üçüncü görüşdə qarşılaşsaydılar, başqa cür olardı".

    Baş məşqçi bildirib ki, Nurməhəmməd Hacıyev öz çəki dərəcəsində yaxşı nəticə göstərib: "Nurməhəmməd bu çəki dərəcəsində öz yerini möhkəmləndirdi. Onunla bağlı Tokio-2020 Olimpiadasıyla əlaqədar planlarımız vardı. Finaldakı uğurlu çıxışı fikirlərimizi daha da qətiləşdirdi".

    F.Umudov Azərbaycan komandasının Avropa çempionatında və dünya kuboku uğrunda yarışlarda uğurla iştirak etdiyini də deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi