Yuxarı
    Bağlamaq

    Firdovsi Fərzəliyev: "Ailəmi və xalqımızı sevindirdim"

    Tokio-2020də də medal qazanmağa çalışacağam

    Bakı. 13 may. REPORT.AZ/ "Dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm. Asan rəqib yoxdur. Təəssüf ki, yarımfinalda türkiyəli rəqibə uduzdum. Taktiki cəhətdən səhv etdim".

    "Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan
    Azərbaycan karateçisi Firdovsi Fərzəliyev söyləyib.

    60 kq çəkidə dərəcəsində çıxış edən idmançının sözlərinə görə, bürünc medal uğrunda görüşdə məğlub etdiyi indoneziyalı Suryadi Suryadi də təcrübəli idmançıdır. O, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında medal qazanmağa çalışacağını bildirib: "Şükürlər olsun ki, medal qazandım. Ailəmi və xalqımızı sevindirdim. Evə medalla gedirəm. Karate Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. "Tokio-2020"də də medal qazanmağa çalışacağam".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi