Yuxarı
    Bağlamaq

    Fələstin və İsrail səfirlikləri 25 idmançının Azərbaycandakı İslamiadaya buraxılmamasına münasibət bildirib - ƏLAVƏ OLUNUB

    Fələstin İslam Oyunlarında 105 idmançı ilə deyil, 80 nəfərlik nümayəndə heyəti ilə çıxış etməyə məcbur olacaq© Report.az

    Bakı. 12 may. REPORT.AZ/ İsrail IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Fələstin nümayəndə heyətinə qoşulmaq istəyən 25 idmançının Qəzzadan çıxmasına qadağa qoyub.

    Bunu "Report"a açıqlamasında Fələstin dövlətinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim deyib.

    Səfirin sözlərinə görə, Fələstin nümayəndə heyətinin üzvlərinin sayı 105 idmançı olmalı idi, lakin İsrailin etdiyi addıma görə yarışlarda iştirak edəcək idmançıların sayı 80 olacaq: "İdmançıların sülh və insanlıq mesajları vermələrinə baxmayaraq, bu, həmçinin onu göstərir ki, İsrail hətta fələstinli idmançıların beynəlxalq yarışlarda iştirak etməsi ilə də müharibə aparır".

    N.Ə.Kərim əlavə edib ki, Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməsi nəzərdə tutulan 25 fələstinli idmançıya edilən bu münasibət qeyri-insani davranışların bir hissəsidir. 

    İsrailin Azərbaycandakı səfirliyindən isə "Report"a bildiriblər ki, təqdim olunan məlumatlar dəqiq deyil:

    "İslam oyunlarında 25 deyil, 16 idmançının iştirakına icazə verilməyib. Hərtərəfli araşdırmalardan sonra, İsrail tərəfi təhlükəsizlik məqsədi ilə 9 nəfərin Bakıya gəlməsini icazə verməyib. Digər 7 nəfərin yola düşməsi isə təsdiqlənməyib, çünki onlar sənədləri gec təqdim ediblər. Təəssüflər olsun ki, bu ilk dəfə deyil ki, Fələstin tərəfi sənədlərin təqdimatında səhvlərə yol verir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi