Yuxarı
    Bağlamaq

    Elxan Məmmədov: "Karyeramı davam etdirib-etdirməyəcəyimi deyə bilmərəm" - FOTO

    Doğma divarlar arasında güləşmək daha məsuiliyyətlidir© Report.az

    Bakı. 14 may. REPORT.AZ/ "Avropa çempinatında da, İslam Həmrəyliyi Oyunlarında da çox uğurla çıxış etdik. 2015-ci il Avropa Oyunlarındakı uğursuzluqdan sonra bu yaxşı nəticə idi".

    "Report" xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanan cüdoçu Elxan Məmmədov deyib. E.Məmmədovun sözlərinə görə, karyerasını davam etdirməsi üçün gücü var: "Karyeramı davam etdirib-etdirməyəcəyimi deyə bilmərəm. Hər günün öz hökmü var. Amma mənim gücüm var".

    E.Məmmədov finalda yendiyi Elmar Qasımovla bağlı da fikrini bölüşüb: "Görüş bərabər səviyyədə gedirdi. Elmar tataminin kənarına çıxdı və ona görə mən qalib gəldim".

    Qalib cüdoçu bildirib ki, çempionluqdakı əsas motivasiyası yüksək pul mükafatı yox, pis vərdişlərdən çəkinməsidir: "Cənab prezidentə minnətdaram ki, bizə belə mükafat təyin edib. Amma bu mükafat bizi sıxır. Əslində qıraqda güləşmək daha asandır. Doğma divarlar arasında güləşmək daha məsuiliyyətlidir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi