Yuxarı
    Bağlamaq

    Elis Manolova: "Son dəqiqədə özümü toplayıb qalib gəldim"

    Türkiyəli rəqibimlə görüş xeyli çətin keçdi© Report.az

    Bakı. 21 may. REPORT.AZ/ "Türkiyəli rəqibimlə görüş xeyli çətin keçdi. Öncə hesabda geri qalsam da, son dəqiqədə özümü toplayıb qalib gəldim".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə qadınlar arasında 69 kq. çəki dərəcəsində qızıl medal mükafatçısı Elis Manolova deyib.

    İdmançı bildirib ki, ayın əvvəlində Avropa çempionatında iştirak etməsi onun İslam Oyunlarına yorğun qatılmasına səbəb olub:

    "Mayın əvvəlində Serbiyada keçirilən Avropa çempionatında iştirak edirdim və orada xeyli güc sərf etdim. Bu səbəbdən doğma divarlar arasında çox yorğun idim. Bir qədər istirahət edib dünya çempionatına hazırlaşacağam".

    Qalib hazırda əsas komandada yer aldığını deyib:

    "Artıq daimi olaraq əsas komandada yer alıram".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi