Yuxarı
    Bağlamaq

    Dağıstanın İdman Nazirliyi güləşçi Rəsul Çunayev ilə bağlı məlumatı təkzib edib

    Zaynal Salautdinov azərbaycanlı güləşçilərdən qızıl medal gözlədiyini bildirib

    Bakı. 5 avqust. REPORT.AZ/ Dağıstanın Bədən Tərbiyəsi və İdman Nazirliyi Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayevin Rio-2016 Olimpiya Oyunlarında iştirak edəcək dağıstanlıların siyahısına daxil edilməsi ilə bağlı məlumatı təkzib edib.

    Dağıstanın bədən tərbiyəsi və idman nazirinin birinci müavini Zaynal Salautdinov "Report"a verdiyi açıqlamada bildirib ki, nazirliyin hazırladığı siyahıda sərbəst güləşçilər Camaluddin Maqomedov (125 kq) və Şarip Şaripovun (86 kq) adları var.

    Qeyd edək ki, RİA "Dağıstan" informasiya agentliyi Dağıstan İdman Nazirliyindəki mənbəyinə istinadən yunan-Roma güləşçisi Rəsul Çunayevi Azərbaycanın milliləşdirdiyi idmançılar sırasına daxil etmişdi.

    Rio Olimpiadasında Azərbaycan güləşçilərinin şanslarını dəyərləndirən nazirin birinci müavini azərbaycanlı güləşçilərdən qızıl medallar gözlədiyini bildirib. O, Şarip Şaripovu xüsusi vurğulayıb: "Sonuncu Olimpiya Oyunlarının qızıl medalçısı kimi, Şaripov nailiyyətini təkrar edə bilər. Düzdür, idmançıya mənfi təsir edə biləcək amillər də var. Məsələn, saat fərqi. Amma istənilən halda Azərbaycan güləşçilərinə uğurlar arzulayıram".

    Xatırladaq ki, Rəsul Çunayev Azərbaycanın Balakən rayonunun Qabaqçöl kəndində doğulub və elə orada güləşlə məşğul olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi