Yuxarı
    Bağlamaq

    CAS rusiyalı kanoeçinin Rio-2016-dan kənarlaşdırılması ilə bağlı verdiyi apellyasiyanı təmin etməyib

    Rusiya Avarçəkmə Federasiyasının prezidenti: Aleksey Korovaşkovun apellyasiyası rədd olunub

    Bakı. 12 avqust. REPORT.AZ/ İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı kanoeçi Aleksey Korovaşkovun Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları-2016-dan kənarlaşdırılması ilə bağlı verdiyi apellyasiyanı rədd edib.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Avarçəkmə Federasiyasının prezidenti Yevgeni Arxipov məlumat verib.

    "Aleksey Korovaşkovun apellyasiyası rədd olunub. Vətəndaş məhkəməsinə müraciət etmək olarmı? Bu addımı istisna etmirəm, amma bunu yalnız Olimpiadadan sonra edə bilərik. İdmançılar bütün mümkün müraciətləri ediblər. Andrey Kraytor və Yelena Anyuşina barədə beynəlxalq federasiyanın qərarı var və onlar Olimpiadada iştirak edəcəklər. CAS-dan Aleksandr Dyaçenko, Nataliya Podolski və Aleksey Korovaşkov ilə bağlı rədd cavabı almışıq", - deyə federasiya rəhbəri bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi