Yuxarı
    Bağlamaq

    Bolqarıstanın ağırlıqqaldırma üzrə milli komandası olimpiadadan kənarlaşdırılıb

    Eyni cəzaya daha 5 ölkə məruz qalıb

    Bakı. 20 noyabr. REPORT.AZ/ Bolqarıstanın ağırlıqqaldırma üzrə milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulub. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar qəbul edib.

    Qərara bolqarıstanlı atletlər tərəfindən antidopinq qaydalarının kütləvi pozuntusu səbəb olub. Martda ölkənin 8 kişi və 3 qadın ağırlıqqaldıranının A probunda stanozolol anabolik steroidi aşkarlanıb.

    Bundan başqa IWF qarşıdakı olimpiadada Tacikistan, Honduras, Qvatemala, Panama və Syerra-Leone atletlərinin iştirakına icazə verməyib. Səbəb kimi bu ölkələrin idmançılarının öz yerləri barədə antidopinq xidməti əməkdaşlarını məlumatlandırmamaları göstərilib.

    Qeyd edək ki, bu gün ABŞ-ın Hyuston şəhərində start götürəcək dünya çempionatında Azərbaycanı əslən bolqarıstanlı 3 ağırlıqqaldıran - Silviya Angelova (48 kq), Boyanka Kostova (63 kq) və Valentin Xristov (62 kq) təmsil edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi