Yuxarı
    Bağlamaq

    BMT baş katibi Olimpiya barışığı elan edib

    Pan Gi Mun dünyada hamını Rio-de-Janeyroda keçiriləcək Oyunlar zamanı silahı yerə qoymağa çağırıb

    Bakı. 27 iyul. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Olimpiya barışığı elan edib və dünyada hamını Rio-de-Janeyroda keçiriləcək Oyunlar zamanı silahı yerə qoymağa çağırıb.

    Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

    "Beynəlxalq Olimpiya Komitəsi və Birləşmiş Millətlər Təşkilatı harmoniya və sülh naminə birlikdə çalışır. Bu ruhda biz Olimpiya barışığı elan edir və müharibə aparan tərəfləri silahı yerə qoymağa və Oyunlar zamanı bütün fikir ayrılıqlarını kənara qoymağa çağırırıq", - Pan Gi Munun mesajında deyilir.

    Qeyd edək ki, Olimpiya Oyunları-2016 avqustun 5-dən 21-dək Rio-de-Janeyroda (Braziliya) keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi