Yuxarı
    Bağlamaq

    Bilik Fondu İslam Həmrəyliyi Oyunlarının təbliğatına başlayıb

    Fondda təşkil olunan Ərəb dili kursu iştirakçıları İslam Həmrəyliyi Oyunlarına könüllü kimi cəlb olunacaq

    Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktorları Könül Nurullayeva və Elçin Səfərovun gənclərlə görüşü keçirilib.

    Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev İslam Həmrəyliyi Oyunlarının yalnız idman bayramı deyil, həm də siyasi hadisə olduğunu diqqətə çatdırıb.

    Bilik Fondunun icraçı direktoru Oktay Səmədov İslam Həmrəyliyi Oyunlarının mahiyyətinin ölkə ictimaiyyətinə daha ətraflı çatdırılması məqsədi ilə Fondun hazırlayacağı ilkin fəaliyyət planını birgə müzakirəyə çıxarmağın məqsədəuyğun olduğunu söyləyib.

    İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Könül Nurullayeva İslam Oyunlarının tarixindən söz açıb.

    İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov oyunların maliyyə tərəfindən söz açaraq, əsas işlərin Avropa Oyunları Əməliyyat Komitəsinin maddi texniki bazası üzərində qurulacağını diqqətə çatdırıb, komitənin iş prinsipindən fəaliyyət formasından danışıb.

    Komitə rəsmisi aprelin 2-dən 21-nə dək bölgələrdə əhali ilə görüşlər təşkil olunacağını söyləyib. Onun sözlərinə görə, məqsəd bütün prosesin açıq və şəffaf şəkildə əhaliyə çatdırılmasıdır.

    Görüşdə fondda təşkil olunan "Ərəb dili" kursu iştirakçıları arasından dili yaxşı mənimsəyənlərin İslam Həmrəyliyi Oyunlarına könüllü kimi cəlb olunmaları barədə razılğa gəlinib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi