Yuxarı
    Bağlamaq

    ​Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb

    İOC dünya idman federasiyalarına rusiyalı idmançıları olimpiadaya buraxma məsələsini sərbəst həll etmək hüququ verib

    Bakı. 24 iyul. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb. "Report"un məlumatına görə, İOC dünya idman federasiyalarına rusiyalı idmançıları olimpiadaya buraxma məsələsini sərbəst həll etmək hüququ verib.

    Beləliklə, qonşu ölkədən "Rio-2016"da yalnız atletlər mübarizə aparmayacaqlar. Onları Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası kənarlaşdırıb. Bundan başqa, əvvəllər dopinq problemləri olan rusiyalı idmançılar da olimpiadaya getməyəcəklər.

    Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi