Yuxarı
    Bağlamaq

    Azərbaycan yığmasının sabiq kanoeçisi narkotik maddədən istifadədə ittiham olunur

    Andrey Kraytorun Rio-2016da iştirakına icazə verilib

    Bakı. 3 avqust. REPORT.AZ/ Rusiyanın kanoe üzrə milli komandasının üzvü Andrey Kraytor 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına buraxılıb. "Report"un "Ves Sport" idman agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Kanoe Federasiyası (İCF) qərar qəbul edib.

     "Müstəqil şəxs" Riçard Maklaren və onun mənbəsi olan Moskva Antidopinq Laboratoriyasının sabiq direktoru Qriqori Rodçenkov Kraytorun narkotik vasitələrdən istifadə etdiyini müəyyənləşdirib. Bu Maklarenin qapalı hesabatında qeyd olunub. Lakin bu, Ümumdünya Antidopinq Agentliyinin Kodeksinin pozulması demək deyil. Hərçənd, idmançının özü marixuanadan istifadə faktını inkar edir. 

    İCF-nin intizam araşdırması nəticəsində Kraytorun "Rio-2016"da iştirakına icazə verilib. Lakin idmançının olimpiadada iştirak edib-etməyəcəyi Beynəlxalq Olimpiya Komitəsinin (İOC) tibbi komissiyasının sədri Uğur Erdener, idmançılar komissiyasının sədri Klaudiya Bokel və qurumun sabiq prezidenti Xuan Antonionun oğlu kiçik Samarançın verəcəyi qərardan asılı olacaq. Rusiyalı üzgüçü, olimpiya və dünya mükafatçısı Nikita Lobintsev və Vladimir Morozov da analoji hadisə ilə üzləşib.

    Qeyd edək ki, Andrey Kraytor 2009 - 2012-ci illərdə Azərbaycan millisində çıxış edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi