Yuxarı
    Bağlamaq

    ​Belarus və Rumıniyanın kayak və kanoe üzrə sprinter komandaları olimpiadadan kənarlaşdırıldı

    Onların arasında Azərbaycan təmsilçiləri Valentin Demyanenko və İnna Osipenko-Radomskayanın da rəqibləri var

    Bakı. 16 iyul. REPORT.AZ/ Belarusla Rumıniyanın kayak və kanoe üzrə sprinter komandaları bütün yarışlardan kənarlaşdırılıb. "Report"un Beynəlxalq Kanoe Federasiyasının (İCF) rəsmi saytına istinadən verdiyi məlumata görə, qadağa 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına da şamil edilib.

    Səbəb hər iki ölkə idmançılarının mütəmadi olaraq, dopinqdən istifadə etmələridir. İCF bildirir ki, Rumıniya yığmasından 11 idmançının dopinq-testi müsbət nəticə verib. Onlardan daha çox meldonium preparatı aşkarlanıb. Belarus təmsilçilərində isə 5 belə hal qeydə alınıb.

    Qeyd edək ki, Belarus yığmasının sprinter məsafələrində 12 idmançıya 7, Rumıniya millisində isə 8 idmançıya 4 lisenziyası var idi. Onlardan bəziləri Azərbaycanı olimpiadada kanoe növündə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə təmsil edəcək Valentin Demyanenkonun, eləcə də qadın kayakçılar arasında 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaq İnna Osipenko-Radomskayanın rəqiblərindən idi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi