Yuxarı
    Bağlamaq

    Bakıda İslamiadanın açılış və bağlanış mərasimləri zamanı pulsuz ekspress avtobusları işləyəcək

    Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və razılaşmalar əldə edilib© BNA

    Bakı. 3 may. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və daşınması üçün istifadə ediləcək İctimai Nəqliyyat Terminalında son tamamlanma işləri aparılır. Bakı Olimpiya Stadionundan İctimai Nəqliyyat Terminalına gedən yolda istiqamətverici və məlumatlandırıcı löhvələr quraşdırılır. Bu, Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumatda bildirilib. 

    "IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından İctimai Nəqliyyat Terminalına (İNT) çatdırılacaq. Mərasim bitdikdən sonra isə İNT-dən tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərə - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına daşınacaq. Açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların ekspress xətlər vasitəsilə daşınması ödənişsiz olacaq. Bununla bağlı agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və razılaşmalar əldə edilib", - deyə BNA-nın məlumatında əlavə edilib.

    Qeyd edək ki, 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb ediləcək. Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda olaraq saxlanılacaq. Açılış və bağlanış mərasimləri günlərində 3 ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyi və "Bakı Metropoliteni" QSC əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi