Yuxarı
    Bağlamaq

    Azərbaycanlı hakim 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına təyinat alıb

    Hicran Şərifov 50 hakim siyahısındadır

    Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın güləş üzrə beynəlxalq dərəcəli hakimi Hicran Şərifov 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək. "Report"un məlumatına görə, Şərifov qarşıdakı olimpiadada güləş yarışlarını idarə edəcək 50 hakim siyahısında yer alıb.

    O, 2012-ci il London olimpiadasında 80 referidən biri idi. Bundan başqa, 2016-cı ildə qitə çempionatları və olimpiadaya lisenziya xarakterli turnirlərdə səhvə yol verəcək hakimlərin dəyişdirilməsi məsələsi də gündəmdədir. Dünya Güləş Birliyi Hakimlər Kollegiyası Olimpiadaya vəsiqə qazanmış hakimlərdən diqqətli olmağı və reputasiyalarını qorumağı tələb edib.

    Qeyd edək ki, Hicran Şərifov 2012-ci il London Yay Olimpiya Oyunlarında "Qızıl Fit"lə mükafatlandırılıb. O, 1S kateqoriyalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi