Yuxarı
    Bağlamaq

    Azərbaycanın kişi idman gimnastikası üzrə komandası İslamiadada gümüş medal qazanıb

    Komandanın tərkibi Bençe Talas, Murad Ağarzayev və Timur Bayramovdan ibarətdir

    Bakı. 14 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın idman gimnastikası üzrə kişilərdən ibarət komandası gümüş medal qazanıb.

    "Report"un məlumatına görə, bu, tərkibi Bençe Talas, Murad Ağarzayev və Timur Bayramovdan ibarət heyətin dayaqla tullanma, turnik və dəstəli atla da çıxışlarını başa vurmasından sonra müəyyənləşib.

    Bununla da Azərbaycan 161,700 xalla 2-ci yeri tutub. Qızıl medalı 163,450 xalla Türkiyə qazanıb.

    Qeyd edək ki, bu, Azərbaycanın ümumilikdə 24-cü medalı olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi