Yuxarı
    Bağlamaq

    Azərbaycanın həndbol üzrə milli komandasının üzvü: "Qarşımıza qoyulan tapşırıqların 70 faizini yerinə yetirdik"

    Marina Tankaskaya: Bizə doğma divarlar arasında oynamağımız da kömək etdİ© Report.az

    Bakı. 14 may. REPORT.AZ/ "Deyə bilərəm ki, oyunda qarşımıza qoyulan tapşırıqların 70 faizini yerinə yetirdik".

    "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın həndbol üzrə milli komandasının üzvü, İslamiadanın qalibi Marina Tankaskaya deyib.

    Onun sözlərinə görə, ikinci hissədə komanda azacıq yorulub və ona görə də iki komanda arasında fərq azalıb: "Amma biz toparlana bildik və oyunun axarını öz xeyrimizə dəyişdik. Bizə həmçinin doğma divarlar arasında oynamağımız da kömək etdi" .

    Rəqib türk komandasının hakimdən narazılığına toxunan M. Tankaskaya deyib ki, komanda uduzanda çox vaxt hakimləri tənqid edir: "Belə bir vəziyyət bizimlə olsaydı, yəqin biz də elə deyərdik. Bu, normal reaksiyadır".

    M. Tankaskaya onu da deyib ki, oyundan sonra Azərbaycan idman və gənclər naziri Azad Rəhimov oyunçuları təbrik edib, qızıl medal qazanmalarından razılıq edib.

    Sonda azərbaycanlı həndbolçu komandanın istirahətə yollanacağını deyib.

    M. Tankaskaya Azərbaycanın həndbol üzrə kişi yığmasının uğursuzluğundan da danışıb. Onun sözlərinə görə, komanda daha çox son oyunda, Əlcəzairlə oyunda özünü tam gücündə göstərə bilməyib və nəticə də göz qabağında olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi