Yuxarı
    Bağlamaq

    Azərbaycanın daha bir boksçusu Rio-2016-ya lisenziya qazanıb

    Bu, 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynovdur

    Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanın daha bir boksçusu Bakıda keçirilən Dünya Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

    "Report"un məlumatına görə, bu, 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynovdur.

    19 yaşlı idmançı yarımfinalda Yoselito Velaskesi məğlubiyyətə uğradıb. İlk 2 raundda hakimlər onun, üçüncü raudda isə rəqibinin üstünlüyünü qeydə alıb. Nəticədə 2:1 hesablı qələbəyə nail olan Hüseynov adını finala yazdırıb və qaydalara əsasən, ilk 2 yerdən birini təmin etdiyi üçün olimpiadada iştirak hüququna yiyələnib.

    Bu, Azərbaycanın Bakıdakı turnirdə 81 kq çəki dərəcəsindəki Teymur Məmmədovdan sonra ikinci lisenziyası olub. Məmmədov ötən gün yarımfinala yüksələrək vəsiqəni təmin edib. Bu gün isə 23 yaşlı boksçu rusiyalı rəqibi Pyotr Xamuxovun tibbi müayinədən keçə bilməməsi səbəbindən finala yüksəlib.

    Qeyd edək ki, Kamran Şahsuvarlı (75 kq) 1/4 finalda uduzsa da, lisenziya şanslarını qoruyur. Bunun üçün Şahsuvarlının yenildiyi irlandiyalı Maykl O Rillinin turniri qələbə ilə başa vurması lazımdır. O da lisenziya qazansa, Azərbaycanın kişilərdən ibarət boks yığması olimpiadada tam heyətlə - 10 dəri əlcək ustası ilə təmsil olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi