Yuxarı
    Bağlamaq

    Azərbaycanın daha bir atleti olimpiadada finala yüksələ bilməyib

    Hayle İbrahimov finişə 13 dəqiqə 27,11 saniyəyə çataraq 7-ci olub

    Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən atlet Hayle İbrahimov seçmə mərhələdə iştirak edib. 

    "Report"un məlumatına görə, efiopiyalı legioner 5000 metr məsafəyə qaçışda mübarizə aparıb. O, finişə 13 dəqiqə 27,11 saniyəyə çataraq 7-ci olub. Bu nəticə İbrahimovun finala yüksəlməsi üçün yetərli olmayıb. Azərbaycan təmsilçisinin həlledici mərhələdə iştirak hüququna yiyələnməsi üçün 1,09 saniyəsi çatmayıb.

    Qeyd edək ki, daha əvvəl atletlərdən çəkicatan Anna Skidanla üç təkanla uzununa tullanan Nazim Babayev də seçmə mərhələni dəf edə bilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi