Yuxarı
    Bağlamaq

    Azərbaycanda İslamiadanı yayımlayacaq telekanal müəyyənləşib

    Bununla bağlı tərəflər arazında müqavilə bağlanılıb

    Bakı. 14 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yayım hüququ “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) verilib.

    Oyunların Əməliyyat Komitəsindən “Report”a verilən məlumata görə, bununla bağlı tərəflər arazında müqavilə bağlanılıb.

    Razılaşmaya əsasən, AzTV və "İdman Azərbaycan" telekanalları Oyunlarla əlaqədar yayım materiallarından aşağıda qeyd olunan şərtlər əsasında eksklüziv istifadə hüququna malik olacaq:

    - Müvafiq olaraq 12 mayda və 22 mayda Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış mərasimlərinin canlı yayımlanması;

    - Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram;

    - Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması;

    - Oyunlar haqqında iki saatlıq proqram.

    Qeyd edək ki, 12 – 22 mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İslam Həmrəyliyi İdman Federasiyasının 4 qitədə yerləşən 57 üzv ölkəsinin hər birindən olan idmançılar iştirak edəcək. Onlar futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizə aparacaqlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi