Yuxarı
    Bağlamaq

    Azərbaycan yığmasının sabiq kanoeçisi olimpiadada Rusiyanı təmsil edəcək

    Andrey Kraytor Valentin Demyanenkonun rəqibi olacaq

    Bakı. 18 iyul. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək kayak və kanoe üzrə Rusiya milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, 14 idmançıdan ibarət siyahıda Azərbaycan yığmasının sabiq üzvü Andrey Kraytor da yer alıb.

    O, 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşlərə qatılacaq. Kraytor Azərbaycanı qarşıdakı olimpiadada təmsil edəcək titullu kanoeçi Valentin Demyanenkonun rəqibi olacaq.

    Natalya Podolskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı ilə 200 metr, Yelena Anyuşina 500 metr məsafəyə yürüş edəcək. Onlar hər iki məsafədə Azərbaycanın əslən ukraynalı təmsilçisi, olimpiya çempionu İnna Osipenko-Radomskayanın rəqibi olacaqlar.

    Qeyd edək ki, Andrey Kraytor Azərbaycan millisində 2009 - 2012-ci illərdə çıxış edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi