Yuxarı
    Bağlamaq

    Azərbaycan Paralimpiya komandasının Rio-2016 üçün heyəti açıqlanıb

    İlham Zəkiyev Azərbaycanın bayraqdarı olacaq

    Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Paralimpiya komandasının Rio-de-Janeyro Paralimpiya Oyunları üçün heyəti məlum olub.

    "Report" Paralimpiya Hərəkatının saytına istinadən xəbər verir ki, Azərbaycan 41 idmançı ilə təmsil olunacaq.

    Onlardan 16-sı atletika, 7-si cüdo, 2-si pauerliftinq, 12-si üzgüçülük, 3-ü güllə atıcılığı və 1-i kamandan oxatma yarışlarında iştirak edəcək.

    Açılış mərasimində Azərbaycan Paralimpiya komandasının bayraqdarı 3 dəfə Paralimpiya Oyunlarının medalçısı, cüdoçu İlham Zəkiyev olacaq.

    Qeyd edək ki, Paralimpiya Oyunları Braziliyada sentyabrın 7-dən 18-dək keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi